Cəlilabad rayonunun Alar kəndində yeniyetmələr arasında baş verən bıçaqlanma hadisəsinin müəyyən təfərruatı məlum olub.
Bizim.Media xəbər verir ki, belə ki, saat 10 radələrində 2006-cı il təvəllüdlü İ.Nagiyev və onun dostu kənd ərazisində olan dönərxana qarşısında 15 yaşlı F.Məmmədovla mübahisə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlandı
Sonradan mübahisə arxa obyektdə davam etdirilib. Nəticədə hər 3 şəxs müxtəlif bıcaq zədəsi alıb.
Hadisə nəticəsində iki nəfər Biləsuvar və Cəlilabad rayon xəstəxanalarına yerləşdirilib. 2009-cu il təvəllüdlü Fuad Məmmədov isə şübhəli şəxs qismində Cəlilabad polisi tərəfindən saxlanılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu