Nailə İslamzadə: "Oğlumu Amerikaya göndərmək çətin oldu" - VİDEO

Hazırda oxunan: Nailə İslamzadə: "Oğlumu Amerikaya göndərmək çətin oldu" - VİDEO

192884

"Oğlumu Amerikaya göndərmək çətin oldu. Bir övladın ola, o, da uzaqda. Amma həyatı heç nəyə bağlamaq lazım deyil. Biz elə yaşamalıyıq ki, uşağımız daha sərbəst olsun, həyatını qura bilsin, istədiyi kimi yaşaya bilsin".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Aparıcı ABŞ-da yaşayan oğlu və onun ailəsindən söz açıb:

"İnsan gərək heç kimi özünə bağlayıb saxlamasın. Onun həyatı var, övladı var. Bacardıqca yanlarında oluram. Mən istədikləri qədər yanlarındayam. Çox vaxt darıxırlar, deyirlər ki, gəlmirsən. Deyirəm, mənim işim-gücüm var, məndən ötrü darıxın. Vaxt tapan kimi yanlarına qaçıram”

İslamzadə bildirib ki, Amerikadan iş təklifləri alıb:

“Amerikaya köçmək üçün hər cəhətdən çox təkliflər olur, iş də olur. Mənə necə rahatdırsa, elə yaşayıram. Xoşlamadığım adamlarla ünsiyyət qurmuram, xoşlamadığım mühütdə oturmuram. Məni heç nəyə məcbur etmək olmaz. Mənə nə məqbuldursa, onu edirəm. Mən özümü Amerikada görmədim”.

N.İslamzadə həmkarlarından da bəhs edib. O bildirib ki, şəxsiyyət ola biləcək aparıcılar televiziya məkanında çox azdır:

"Aparıcı verilişin fəqərə sütunudur. O necə təqdim edirsə, o formada da gedir. Mənim proqramıma gələn ekspertləri sonra başqa verilişlərdə görürdüm. Orada tamam başqa cür görünürdülər. Sanki həmin hörmət orada onlara olmurdu. Ya aparıcı eksperti qorumurdu, ya da studiyada olan tamaşaçılarla aralarındakı balans pozulurdu. Bu, aprıcının necə təqdim etməsindən asılıdır. Çox az hallarda olur ki, aparıcı şəxsiyyət olsun. Yaxşı aparıcılarımız çoxdur. Amma şəxsiyyət ola biləcək aparıcılarımız barmaqla sayılacaq qədərdir. Arxasında milyonları apara biləcək aparıcılar azdır".

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin