“Çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Seyid İbrahim Rəisi ilə görüşdü - FOTO
“Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür”, deyə o, qeyd edib.
Bizim.Media