Başqırdistan sakini təqaüdçülərin öldürülməsinə, cəsədlərinin yandırılmasına və əmlaklarının oğurlanmasına görə ömürlük həbs cəzası alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Rusiya Baş Prokurorluğunun bölgə üzrə idarəsinə istinadən yayıb.
Mənbə bildirib ki, söhbət 10 il əvvəl yaşlı insanların bir sıra qətllərində təqsirləndirilən 52 yaşlı Yanaul rayonunun sakini Aydar Manpovdan gedir.
"Müəyyən olunub ki, 2008-ci ilin may ayında gecə bir nəfər Yanaul rayonunun İtkineevo kəndində yaşlı bir cütlüyün evinə girərək onları öldürüb.
Bundan sonra evdə axtarış aparıb, təqaüdçülərin təxminən 30 min rublunu və paltarlarını oğurlayıb. Qatil evi yandıraraq hadisə yerindən qaçıb”. Mesajda bildirilib.
Prokurorluq aşkar edib ki, o, 2010-cu ilin noyabrında və 2011-ci ilin sentyabrında iki evə soxulub, Yanaul və Krasnokamsk bölgələrində yaşayan daha dörd vətəndaşın həyatına qəsd edib, onlardan 51 min rubldan çox pul oğurlayıb.
"Cinayətlər yerdən götürülən əşyalardan müttəhimin qoxu müayinələri də daxil olmaqla çoxsaylı araşdırmalar sayəsində açılıb. Məhkəmə iclasında 60-dan çox şahid dindirilib". Prokurorluqdan deyilib.
Məhkəmə qatili altı təqaüdçünün öldürülməsində, soyğunçuluqda və başqalarının əmlakının yandırılmasında günahkar hesab edib.
Başqa bir cinayətə görə koloniyada cəza çəkən müttəhim günahını boynuna almayıb.
"Məhkəmə onu xüsusi rejimli islah koloniyasında ömürlük həbs cəzasına məhkum edib”, deyə Başqırd prokurorluğu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
21:30 / 27.04.2021
6 təqaüdçünü öldürən şəxsə ömürlük həbs cəzası verildi
Hazırda oxunan: 6 təqaüdçünü öldürən şəxsə ömürlük həbs cəzası verildi
Hazırda oxunan: 6 təqaüdçünü öldürən şəxsə ömürlük həbs cəzası verildi
19285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.