Koronavirus infeksiyasının ortaya çıxması Amerikanın bioloji laboratoriyasından sızıb. Rusiya hökuməti virusun yayılması üçün bu ölkənin məsuliyyət məsələsini qaldırmalıdır”.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə istinadən yayıb.
“ABŞ peyklərinin və Ağ Ev administrasiyasının susqunluğuna görə, belə nəticəyə gəlmək olar ki, onların laboratoriyalarında hər hansı bir sızma olub və bütün dünyaya yayılıb. Rusiya hökumətinin bu məsələləri qaldırması doğru olardı”. Volodin Dumanın iclasında belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusa yoluxanların son STATİSTİKASI
Rusiyanın alt palatasının sədri ABŞ-ı araşdırmanın dayandırılmasına çağırıb.
Onun fikrincə, araşdırma koronavirusun mənşəyi ilə bağlıdır:
"Vaşinqton bundan əziyyət çəkən bütün ölkələrə necə kompensasiya verəcəklərini düşünsünlər. Virusun Uhanda tapıldığı aydındır. O, kimin laboratoriyasıdır? Amerikanın. Onlar maliyyələşdirirlər”.
Volodinə görə, hazırda virusu modelləşdirmək üçün işlər aparılır və bunu Amerika Birləşmiş Ştatları həyata keçirir.
“Bu araşdırma dayandırılmasa, dünya yeni situasiyaların girovuna çevriləcək”, deyə o, xəbərdarlıq edib.
Bu baxımdan siyasətçi Gürcüstan və Şərqi Avropada Amerika laboratoriyalarının fəaliyyətini xatırladıb.
"Bunları nəzarətə götürmək lazımdır. Hökümət tərəfindən həyata keçirilən işlərlə yanaşı, bu məsələlər də qaldırılmalıdır. Gəlin bunları öyrənək”. O, Baş nazirin müavini Tatyana Qolikovaya müraciət edib.
Bizim.Media