FAKTİKİ HAVA: Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb

Mayın 19-u saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb. Düşən yağıntının mədarı müxtəlif bölgələrdə fərqli olmuş, bəzi yerlərdə leysan xarakterli qeydə alınıb.
192837

Mayın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə Xidmətin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə bu gün də fasilələrlə yağış yağacaq


Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Neftçalada 33 mm, Astara, Qobustanda 10 mm, Qaxda 6 mm, Qəbələdə 4 mm, Zaqatala, Şamaxı, Qrız, Şahdağda 3 mm, Cəfərxan, Balakən, Şəki, Qubada 2 mm, Astara, Göyçay, Kürdəmir, Biləsuvar, Lənkəran, Oğuzda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12 dərəcəyədək, dağlıq rayonlarda 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin