“Dağlıq Qarabağın taleyi həll edilmək üzrədir. Azərbaycan ordusu Daşaltı kəndini işğaldan azad edərək Şuşa şəhərinə bir qədər də yaxınlaşıb. Şuşa böyük və qədim şəhər olaraq, bölgədəki ən önəmli şəhərlərdən biridir. Şəhər Xankəndi ilə Ermənistan arasında Laçından keçməklə gedən strateji yolda yerləşir. Şuşanı almaq Xankəndini də mühasirəyə almaq deməkdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov özünün “facebook” səhifəsində yazıb.
Markov bildirib ki, Şuşa üçün döyüş başlayır:
“Görünür ki, bu müharibə Azərbaycan üçün tam hərbi qələbə ilə başa çatacaq. Müharibənin başlamasının və Ermənistanın məğlubiyətinin günahkarı Nikol Paşinyandır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:13 / 04.11.2020
Rusiyalı politoloq: "Məğlubiyətin günahkarı Paşinyandır"
Hazırda oxunan: Rusiyalı politoloq: "Məğlubiyətin günahkarı Paşinyandır"
Hazırda oxunan: Rusiyalı politoloq: "Məğlubiyətin günahkarı Paşinyandır"
1928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.