Ərdoğan: “Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik” - FOTO

Hazırda oxunan: Ərdoğan: “Krım tatarlarının hüquqlarını müdafiə etməyə davam edəcəyik” - FOTO

192759

“Türkiyə olaraq həm Krımda yaşayan, həm də işğaldan sonra bölgədən çıxmağa məcbur olan Krım tatarlarının hüquqlarını bütün şərtlərdə müdafiə etməyə davam edəcəyik”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Tatar Türk xalqının 1944-cü il mayın 18-də sovet hakimiyyəti tərəfindən sürgün edilməsinin 80-ci ildönümü ilə əlaqədar “X” hesabındakı paylaşımda qeyd edib.

“Bu gün Krım Tatar sürgününün 80-ci ildönümüdür. Krım Tatarı qardaşlarımızı ana yurdlarından ayıran, bu gün hələ də ağrısını ürəyimizdə hiss etdiyimiz, böyük kədərlərə səbəb olan bu hadəsni anır, həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyirik. Türkiyə olaraq həm Krımda yaşayan, həm də işğaldan sonra bölgədən çıxmağa məcbur olan Krım tatarlarının hüquqlarını bütün şərtlərdə müdafiə etməyə davam edəcəyik”, - deyə Türkiyə lideri vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin