Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.
Baş məşqçi Elbrus Rzayevin komandasında Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib.
Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
14:55 / 18.05.2024
Boksçularımız Macarıstanda 2 medal QAZANDILAR - FOTO
Hazırda oxunan: Boksçularımız Macarıstanda 2 medal QAZANDILAR - FOTO
Hazırda oxunan: Boksçularımız Macarıstanda 2 medal QAZANDILAR - FOTO
192733
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.