"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir

Hazırda oxunan: "Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir

192706

Türkiyənin Qars şəhərini Naxçıvanla sərhəd olan Iğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin sonunda başlamaq və beş il ərzində başa çatdırmaq nəzərdə tutulur. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu “TGRT Haber” telekanalının efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib.

Nazir xatırladıb ki, Türkiyənin şərqində 224 kilometrlik dəmir yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır.
“Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək”, - deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Zəngilan rayonu arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il çəkə bilər.

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin dünya ticarəti üçün əhəmiyyətindən də bəhs edib: 

“Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin