Yeni Kaledoniyada vəziyyət AĞIRLAŞIR – Fransa adaya əlavə qüvvələr göndərəcək

Hazırda oxunan: Yeni Kaledoniyada vəziyyət AĞIRLAŞIR – Fransa adaya əlavə qüvvələr göndərəcək

192682

Yeni Kaledoniyada etirazlar səngisə də, həyat daha da ağırlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Boursorama” saytı məlumat yayıb.

Bildirilir ki, ötən gecə Numeaya əlavə min nəfər silahlı qüvvə göndərilib. Rəsmi qurumlar gün ərzində əlavə qüvvələrin də gələcəyini bildiriblər.

Ticarət şəbəkələri və səhiyyə müəssisələrinin fəaliyyətində ciddi çətinliklər yaranıb. Numeada fəaliyyət göstərən bir neçə mağazanın qarşısında uzun növbələr yaranıb. Yeni Kaledoniya Ticarət Palatasının sədri David Qyen bildirib ki, anbarların və ticarət mərkəzlərinin 90%-i işləmir.
Numea xəstəxanasının nümayəndəsi deyib ki, ötən gün dünyasını dəyişən 4 nəfərdən üçünün ölüm səbəbi tibbi yardımın əlçatan olmamasıdır.

Fransanın ədliyyə naziri Erik Düpon-Moretti “iğtişaş törədənlərə qarşı maksimum dərəcədə ciddi olmaq” barədə tapşırıq verib. Nazir saxlanılan şəxslərin mühakimə olunmaq üçün metropoliyaya (Fransanın Avropadakı ərazisi – red.) gətiriləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin