Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət edib.
Bizim.Media xəbər verir ki, İsrail şirkətinin əməkdaşı Zəngilanda reallaşdıracaqları layihə barədə prezidentə ətraflı məlumat verib.
Bildirib ki, İsrail Zəngilanda, əvvəlcə, 300-400 başlıq camış ferması tikəcək.
“Sonra biz onu 1000 başa çatdırmaq istəyirik. Şirkətimiz ağıllı fermalar üzrə texnologiya ilə işləyir. Bizdə bütün fermanı məlumatların təhlili üzrə proqram təminatına birləşdirən ötürücülər var ki, bu da göründüyü kimi, mal-qaranın yemlənməsi, sağlamlığı və sağılması ilə əlaqədardır.
Biz bunu “açar təslimi” layihəsi kimi həyata keçiririk. Buraya texniki-iqtisadi əsaslandırma, tikinti, planlaşdırma, komandanın hazırlanması və mal-qaranın idxalı daxildir.
Qeyd etdiyim kimi, heyvanlar sensorlarla təchiz ediləcək. Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi.
Bu, o deməkdir ki, Sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq.
Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik. Bu imkana görə çox sağ olun. Biz sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:01 / 27.04.2021
Azərbaycanda sensorlu camışlar olacaq
Hazırda oxunan: Azərbaycanda sensorlu camışlar olacaq
Hazırda oxunan: Azərbaycanda sensorlu camışlar olacaq
19266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.