Hikmət Hacıyev Ceyk Sallivanla Ermənistanla münasibətlərin normallaşması prosesini MÜZAKİRƏ EDİB - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Ceyk Sallivanla Ermənistanla münasibətlərin normallaşması prosesini MÜZAKİRƏ EDİB - FOTO

192651

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə H.Hacıyev rəsmi “X” hesabında məlumat paylaşıb.

"Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı və əlaqələrimizin gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”, - deyə H.Hacıyev qeyd edib.
O bildirib ki, görüşdə regional və qlobal problemlər də müzakirə olunub: “Biz həmçinin regionda sülhün təşviqi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq".
 

 


Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin