Fransa, Almaniya və İtaliyanın bir sıra regionlarında pis hava şəraiti geniş dağıntılara səbəb olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Mozel departamentinə ötən gündən etibarən 70 mm-dən çox yağıntı düşüb.
Almaniyanın Saarland əyalətində daşqınlar səbəbindən bir sıra əsas yollar bağlanıb.
Qasırğa daha əvvəl İtaliyanın şimal bölgələrini vurmuş, küləyin sürəti 55 m/s-ə çatmışdı. Fırtına evlərin damlarını uçurub, elektrik xətlərini uçurub və bir neçə yol nişanını yerdən qoparıb.
Qasırğa daha sonra tornadoya çevrilib və yük qatarını relsdən çıxarıb.
Bizim.Media