Azərbaycanda transmilli təhsilin təşviqinə həsr olunmuş tədbir KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Azərbaycanda transmilli təhsilin təşviqinə həsr olunmuş tədbir KEÇİRİLİR - FOTO

192515

Bu gün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentliklərinin Şəbəkəsi (CEENQA) Baş Assambleyası və illik görüşü Bakıda keçirilir.

Bizim.Media xəbər verir ki, tədbir keyfiyyət təminatı agentlikləri və müəssisələri arasında əməkdaşlığın və Avropa ali təhsil məkanında ali təhsil müstəvisində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir.

Assambleyada transmilli təhsilin keyfiyyət təminatı, bu istiqamətdə yeni yanaşmalar və ali təhsildə süni intellektin inkişaf edən rolu ilə bağlı müzakirələr keçirilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin  İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan Baş Assambleya daha sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib. 

Moderatorluğu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA)  icraçı direktoru Diane Freiberger tərəfindən həyata keçirilən tədbirin birinci günü beynəlxalq ekspertlərdən Hans de Wit beynəlmiləlləşmə meyllərinin akkreditasiya üçün təsirləri, Elspeth Jones sərhədlərarası akkreditasiyanın keyfiyyətinin artırılmasında rolu, Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) direktoru Anna Gover ENQA-nın perspektivləri və Niderland Krallığının Vittenborq Universitetinin baş direktoru Maggie Feng xarici kvalifikasiyaların tanınması və tələbə və peşəkarların mobilliyinin təşviqi üzrə qabaqcıl təcrübələr barədə çıxışlar ediblər. 

Həmçinin Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olgun Çiçeyin moderatorluğu ilə Azərbaycan nümunəsində Transsərhəd Kvalifikasiyaların və Keyfiyyət Təminatının Tanınması üzrə Hüquqi Çərçivə və Təcrübələr barədə panel müzakirələr davam edib.
Qeyd edək ki, assambleya iki gün davam edəcək. 






Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin