“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası prosesindən razıdır” - Qriqoryan

Hazırda oxunan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyası prosesindən razıdır” - Qriqoryan

192493

“İlk növbədə, Ermənistan və Azərbaycanın əldə etdiyi çox mühüm razılaşmanı qeyd etmək istəyirəm, yəni Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə bir prinsip kimi başlamaq. Həmçinin razılaşdırılıb ki, Sovet İttifaqının  son illərində mövcud olan hüquqi xəritələr istifadə olunacaq və buna görə delimitasiya üçün 1976-cı ilin xəritəsi əsas götürüldü və biz ondan istifadə edərək demarkasiya apardıq. Delimitasiya prosesində sərhəd çəkilib, sərhədin bu tərəfində Ermənistan, o biri tərəfində Azərbaycan ərazisi var”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Ərazilərə gəlincə, təbii ki, indiyədək həmin ərazilərdə silahlı qüvvələr xidmət edirdi və bu xidmətin həyata keçirildiyi yerlərdə mövqelər olduğu üçün həmin mövqelərdəki icmaların öz torpaqlarına çıxışı yox idi. 

İndi silahlı qüvvələr bu mövqeləri tərk edir və sərhədçilər yerləşdirilir, bu ərazilər azad edilir və gündəlik işlərini yerinə yetirmək üçün kəndlilərin nəzarətinə keçir, söhbət bundan gedir”, - deyə Qriqoryan qeyd edib.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin