Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları - VİDEO

Hazırda oxunan: Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları - VİDEO

192474

Məlumat verdiyimiz kimi, bir neçə gün əvvəl Bakıda 55 saylı orta məktəbin gözətçisi 60 yaşlı Natiq Mehdi Məhəmməd oğlu öldürülüb. Onu öldürməkdə şübhəli bilinən həmin məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini 58 yaşlı Elsəvər İslamov isə saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elsəvər İslamov iş yoldaşı Natiq Mehdini öldürdükdən sonra izi itirmək məqsədilə meyiti yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirib və bu ərazidə basdırıb. O, istintaqa ifadəsində basdırdığı yeri göstərib və meyit buradan çıxarılaraq ekspertizaya aparılıb.

Bizim.Media xəbər verir ki, “Xəzər Xəbər”in əməkdaşları Elsəvər İslamovun yaşadığı Mərdəkan qəsəbəsində olub. Qonşular deyirlər ki, hadisədən sonra ailəsi yaşadığı bu evdən gedib.

Onlar Elsəvər İslamovun belə bir cinayət törətməsinə təəccüblənirlər.

Qonşuların sözlərinə görə, Elsəvər İslamov qapalı insan olub. Onun qonşularla sıx əlaqəsi olmayıb. O, Mərdəkandakı evinə ara-sıra gəlib- gedib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ''xüsusi amansızlıqla qəsdən adam öldürmə'' maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində  saxlanılaraq istintaqa təhvil verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin