İğdır-Naxçıvan qaz kəmərinin strateji əhəmiyyəti - Şenay Yalçından ÖZƏL AÇIQLAMA/VİDEO

Hazırda oxunan: İğdır-Naxçıvan qaz kəmərinin strateji əhəmiyyəti - Şenay Yalçından ÖZƏL AÇIQLAMA/VİDEO

192452

“Dünyada enerji məsələlərinin müzakirə olunmadığı bir gün yoxdur. Enerji bütün beynəlxalq münasibətlərdə əsas element olaraq ortaya çıxır”.

Bu fikirləri Bizim.Media-nın Türkiyə bürosuna açıqlamasında professor Şenay Yalçın deyib.

Müsahibimiz Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının əhəmiyyətindən də söz açıb:

“Enerji tələbatının ödənilməsi baxımından Qafqaz regionu, Azərbaycan, o cümlədən Türkmənistan, Özbəkistan və Qazaxıstan çox önəmli mənbəyə çevriliblər. Bu mənbələrdən gələn enerji resurslarının digər ölkələrə tranziti baxımından Türkiyə əhəmiyyətli rola malikdir. Türkiyənin Türk dünyası ilə olan münasibətləri, xüsusilə, Türkiyə və Azərbaycan arasındakı  strateji müttəfiqlik baxımından da gələcəyə dair önəmli işlərin reallaşdırılacağına inanıram”.

Xatırladaq ki, mayın 14-də İstanbulda “Türkiyə-Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq anlaşması”nın imzalanma mərasimi keçirilib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Enerji və Təbi Sərvətlər Naziri Alparslan Bayraktar əməkdaşlıq anlaşmasını imzalayıblar. Hər iki nazir mətbuata verdikləri açıqlamalarda İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır.
 

Dəryanur Cəfərova, Bizim.Media, Türkiyə bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin