Slovakiyanın Baş nazirinə hücum əvvəlcədən planlaşdırılıb

Hazırda oxunan: Slovakiyanın Baş nazirinə hücum əvvəlcədən planlaşdırılıb

192432

“Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd əvvəlcədən planlaşdırılıb”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş nazirinin müavini - müdafiə naziri Robert Kalinyak mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hadisə təsadüfi baş verməyib.

Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib. Dünən əməliyyat olunan Fitsonun yenidən əməliyyat ediləcəyi, vəziyyətinin ağır olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin