Fransa “demokratiya”sının ƏSL SİMASI – Yeni Kaledoniya xalqı soyqırımı təhlükəsi ilə ÜZ-ÜZƏ 

Hazırda oxunan: Fransa “demokratiya”sının ƏSL SİMASI – Yeni Kaledoniya xalqı soyqırımı təhlükəsi ilə ÜZ-ÜZƏ 

192417

Fransanın Sakit Okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli əhali müstəqilliyə can atır. Paris isə neokolonializm siyasətindən çıxış edərək, Yeni Kaledoniya əhalisinin müstəqillik istəyini güc bahasına boğmaqla məşğuldur.

Burada baş qaldıran etirazları dağıtmaq üçün Paris əraziyə qoşun yeridib.

Fransa təhlükəsizlik qüvvələri çərşənbə axşamı gecə Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində iğtişaşlar zamanı 140 nəfəri həbs edib.

Yeni Kaledoniya prezidentinin sözçüsü “Reuters” Agentliyinə bildirib ki, hadisələr zamanı 3 yerli gənc həlak olub. Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, yüzlərlə adam, o cümlədən 100-ə yaxın polis və jandarm yaralanıb. Onlarla ev və ticarət obyekti yanıb.

Ondan əvvəl Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsini istəyib.

İğtişaşlara səbəb yerli seçkilərdə elektoratın genişləndirilməsi ilə bağlı Fransa Konstitusiya qanun layihəsinə etiraz olub. Bu, Yeni Kaledoniyada on ildən artıq yaşayan şəxslərə seçkilərdə səs vermək imkanı verir. Hazırda yalnız xarici ərazinin muxtariyyətini genişləndirən 1998-ci il Noumea Müqaviləsi zamanı seçicilər siyahısında olan vətəndaşlar və onların uşaqları səsvermə hüququna malikdir. Yeni kaledoniyalıların fikrincə, islahat loyalların xeyrinə olacaq.

Qeyd edək ki, Yeni Kaledoniya 1853-cü ildən Fransanın tabeliyində yaşayır. Adanın əhalisi isə 265 min nəfərdir.
2020-ci ildə Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün növbəti referendum keçirib. Referendum iştirakçıları müstəqilliyin leyhinə səs verib, amma Fransa onu tanımayıb.

Fransanın bu cür siyasət yürütməsi ötən əsrin ortalarını xatırladır. Hansı ki, həmin dövrdə Əl-Cəzair xalqının azadlıq mübarizəsinə qarşı Fransa soyqırımı siyasətini işə salmışdı. Nəticədə, milyonlarla dinc sakin fransız vəhşiliyinin qurbanı olmuşdu.

Ən ironik məqam isə Fransanın bu il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi ilə bağlıdır. Çünki Olimpiadalar tarix boyu sülhə çağırış mahiyyətini daşıyıb. Fransa kimi bir ölkənin sülh mahiyyətli tədbirə ev sahibliyi etməsi isə həqiqətən də, tragikomediya kimi görünür.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, müasir dövrdə Fransa bir çox məsələlərdə dünyaya nümunə ola bilmir.

Əksinə, bu ölkə neokolonializmi təbliğ edir:       

“O, cümlədən vaxtilə müstəmləkə kimi tutduğu ərazilərə müstəqillik verməkdən yayınır. Bu ərazilərdəki yerli əhaliyə divan tutur, onları amansızcasına istismar edir. Yeni Kaledoniyada baş verən hadisələr Fransanın demokratik imicinə böyük zərbədir. Parisin atdığı addımlar nə beynəlxalq hüquqa, nə də Fransanın BMT Təhlükəsizlik Şurasında 5 daimi üzvdən biri olması statusuna uyğun gəlmir.

Yerli əhali müstəqillik və azadlıq istəyir. Bunun müasir həllini tapmaq əvəzinə, Paris zorakılığa üstünlük verir. Maraqlısı da odur ki, oradakı əhali ilə dil tapa bilməyən Fransa regiondan on min km uzaqda olan Azərbaycanı baş verən hadisələrdə günahlandırır. Görünür, Fransanın yeni düşüncəyə, müasirliyə, digər ölkələrin müstəqilliyinə hörmət etmək təfəkkürünə böyük ehtiyacı var”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin