Avropa Müsəlman Forumu qondarma soyqırımla bağlı bəyanat yaydı - FOTO

Hazırda oxunan: Avropa Müsəlman Forumu qondarma soyqırımla bağlı bəyanat yaydı - FOTO

19238

Avropa Müsəlmanları Forumu, ABŞ Prezidenti Joe Biden'in 1915 hadisələrini "soyqırımı" kimi xarakterizə etməsinə reaksiya olaraq, "Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” kimi xarakterizə etməsi ABŞ səlahiyyətlilərinin əsas ortağı olan NATO ilə Türkiyə arasında münasibətlərə yalnız uyğunsuzluq əlavə edir.  Türk və İslam dünyasında  ABŞ-ın  nüfuzuna zərər vurur”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Avropa Müsəlmanları Forumunun bəyanatında qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baydenin “erməni soyqırımı”deməsində Putin FAKTORU - “NBC News” YAZDI


Bəyanatda bildirilib ki, bu cür addımlar Ermənistanla müsəlman qonşuları olan Türkiyə və  Azərbaycan arasında sülh prosesinin qurulmasına töhfə verə bilməz.

“"Cənab Baydenin tələsik və meylli qərarı, bütün tərəflərin bir əsr əvvəl mübahisəli və qeyri-müəyyən hadisələri konstruktiv şəkildə nəzərdən keçirmə cəhdlərinə xələl gətirir"-deyə vurğulanıb.

Bildirilib ki, Avropa Müsəlman Forumu Cənubi Qafqazın geosiyasi mənzərəsini çətinləşdirən bu cür açıqlamdan təəssüflənir:

“Ümid edirik ki, belə xoşagəlməz vəziyyətdən çıxmaq üçün Ankara kifayət qədər müdrikliyə sahib olacaq.  Avropa Müsəlman Forumu Qarabağ probleminin son həlli müddətində rəsmi Bakı ilə İrəvanın hər iki xalqın rifahı  və dinc yanaşı yaşaması üçün razılığa gələ biləcəyini arzu edir".

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin