ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borq Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Zurabişvili rəsmi "X" hesabında məlumat paylaşıb.
"Gürcüstandakı mövcud vəziyyəti, azad və ədalətli 2024-cü il seçkilərinin əhəmiyyətini və Gürcüstan ərazilərinin hələ də davam edən işğalı barədə müzakirə apardıq", - deyə Gürcüstan lideri qeyd edib.
Discussed the current situation in ??, importance of free and fair 2024 elections and continued occupation of Georgian territories with OSCE Chair-in-Office, @MinisterIanBorg pic.twitter.com/HlWFCWklMf
— Salome Zourabichvili (@Zourabichvili_S) May 15, 2024
Bizim.Media