Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və Nazirliyin digər rəsmiləri, baş nazirin müavini Əli Əhmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Müsabiqəyə bütün regionlardan 2944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.
Ölkə mərhələsində iştirak hüququ qazanmış şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 34 nəfər müsabiqənin qalibi olub. Onlardan 7 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hər il ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur:
“Müsabiqə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir”.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.
Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:36 / 15.05.2024
“Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO
Hazırda oxunan: “Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO
Hazırda oxunan: “Ən yaxşı təqdimat” qalibləri MÜKAFATLANDIRILDILAR - FOTO
Ən yaxşı təqdimat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi Bakıda keçirilib. Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan bu müsabiqədə 34 nəfər qalib seçilib. Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə iştirak edib və gənclərin Heydər Əliyevin irsi ilə tanış olması məqsədini vurğulayıb.
192197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.