"Əgər insanın bir yerində nöqsan varsa, qulağı böyükdürsə, balacalaşdıra bilər, çənəsi uzundursa, kiçildə bilər. Amma kişi özünə bəzək verməz".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli qonaq olduğu "Həmin Zaur" verilişində deyib.
Söz xiridarı h’mcinslərinin yaraşıqlı görünmək üçün estetik müdaxilələr etdirmələrinə qarşı olduğunu bildirib:
"Getsin üzünü şişirtsin, burnunu düzəltdirsin, bu olmaz. Saçı kəçəldirsə, tük əkdirmək normaldır. Mən ağarmış saçlarımı da qaraltmaram. Kim edərsə, özü bilər".
Rəşad Əliyev, Bizim.Media