FİFA Şahruddinin komandasına transfer qadağası qoydu

Hazırda oxunan: FİFA Şahruddinin komandasına transfer qadağası qoydu

192100

FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin “Adana Dəmirspor” klubuna transfer qadağası qoyub. 

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi “X” hesabında bildirib. 

Onun sözlərinə görə, buna Adana klubunun sabiq baş məşqçisi Patrik Klyuvertə 142 min avronu ödəməməsi səbəb olub. Qərara əsasən, Superliqa təmsilçisi qarşıdakı üç “transfer pəncərəsi”ndə yeni oyunçular ala bilməyəcək. 

Qeyd edək ki, niderlandlı baş məşqçi 2023-cü ilin iyulundan dekabrın əvvəlinədək Türkiyə klubunda işləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin