Şuşa meşələrində erməni vandalizmi davam edir

Hazırda oxunan: Şuşa meşələrində erməni vandalizmi davam edir

1920

Əslində meşə yandırmaq ermənilərin ilk ekosidi deyil. Hələ 1988-ci ildə Topxana meşəsindəki ağacları kəsməklə ürəkləri soyumamış, meşəyə od vurmuşdular. Şuşa sakinləri çox çətinliklə meşəni söndürmüşdülər.

Bu dəfə isə Şuşada müvəqqəti olduqlarını, onların torpağı olmadığını bilərəkdən, meşələrimizi vəhşicəsinə yandırıb, təbiətə qarşı ekoloji terror törədiblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Hikmət Əlizadə bildirib ki, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir.

Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub.

Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir.

Çünki ağ fosfor tipli bombalardan istifadə etməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Hikmət Əlizadə cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

Qeyd edək ki, işğalçı ölkə son 28 ildə Topxanadan 2000-dən çox palıd və digər qiymətli ağaclar kəsərək Ermənistana daşıyıb.

Şuşanın Cıdır düzündə, "Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.

Meşələrin yandırılmasından sonra dəyən maddi ziyanı hələ ki, təqribi müəyyən etmək mümkün deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim Media-ya bildiriblər ki, bu məbləğ Şuşa azad ediləndən sonra bilinəcək.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin