Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh razılaşmasına nail olmasını dəstəkləyirik

Hazırda oxunan: Dövlət Departamenti: Azərbaycan və Ermənistanın sülh razılaşmasına nail olmasını dəstəkləyirik

191938

Biz Qazaxıstanın tərəflərin görüşünə ev sahibliyi etmək təklifini alqışlamışdıq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin AZƏRTAC-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşü ilə bağlı ünvanladığı sorğusuna cavabında deyilir.

Bildirilib ki, Almatı mühüm və rəmzi məkandır. “Daha əvvəl qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycan arasında indiyədək əldə edilmiş, o cümlədən ikitərəfli münasibətlər sahəsində irəliləyişlər bizi ruhlandırır. Biz tez bir zamanda hər iki ölkənin daha geniş regionun rifahı naminə sülh razılaşmasına nail olmasını dəstəkləyirik”, - deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin