Meyxanaçı Rəmzinin qızı Reyhan: “Narkotikə başlayan kimi toylarım da dayandı, gəlir də...” - VİDEO

Hazırda oxunan: Meyxanaçı Rəmzinin qızı Reyhan: “Narkotikə başlayan kimi toylarım da dayandı, gəlir də...” - VİDEO

Meyxanaçı Rəmzinin qızı Reyhanın narkotik asıllılığından çıxmaq üçün mübarizəsi və müalicə prosesi haqqında müsahibəsi. Reyhanın mənəvi inkişafı və sağalma prosesində yaşadığı çətinliklərə dair maraqlı ətraflı məlumat.
191834

“Şükür edirəm ki, gedib o baxçanın dibinə düşdüm (Narkotik asıllıqdan əziyyət çəkdiyi üçün baxçanın həyətində zirzəmidə yaşadığını nəzərdə tutur – red.). Hesablamışam ki, 24 il içki və narkotikdən istifadə etmişəm. Ömrümdə birinci dəfədir ki, 8 aya keçirəm və ayıq qalmışam. Bir dəfə Maştağada 21 gün müalicə almışam. Oradan çıxan kimi Buzovnalı bir tanışla danışdım. Onun əli ilə axşam saatlarında  “20 Yanvar”a getdim və bir şəxsdən narkotik alıb, istifadə etdim. Ora taksi ilə getdim. Taksi sürücüsünə də 18 manat pul “atdım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri 24 ildir alkoqol və narkotik asılılığından əziyyət çəkən mərhum meyxanaçı və şair Nizami Rəmzinin müğənni qızı Reyhan jurnalist Nail Kəmərliyə müsahibəsində deyib. 

Reyhan bildirib ki, narkotik asıllılığından qurtulmaq üçün reabilitasiya mərkəzindəki müalicələrini davam etdirir: 

“Bu günkügün çölə rahatlıqla çıxıram. Müalicə aldığım reabilitasiya mərkəzinin rəhbərləri mənə güvənirlər və harasa gedib-gəlməyimə problem yaratmırlar. Mən də istəmərəm ki, onlara naxələflik edim. Hələ də mərkəzdə qalıram və sağalmağım davam edir. Yəni burada olduğum 7 ayla narkotik asıllılıqdan müalicələrim bitmir. Arada bir narkotik istifadə etmək istəyi gəlir.

Amma yadıma salıram ki, bunu etmək olmaz. Mən bu asıllılığa güc gələn və burada müalicə alıb sağalan insanlara baxıb haradasa güc alıram. Demək olmaz ki, hər gün istəyirəm, amma bu istək arada gəlir-gedir. Bununla da bərabər darıxmaq və sıxılmaq kimi hisslər gəlir. Mən heç özüm də tapa bilmirəm ki, kimin üçün darıxıram. Deyirlər ki, bu narkotik istəyinə görə baş verir”. 

İllər əvvəl el şənliklərinə gedərək “yaxşı” pul qazandığını bildirən mərhum söz xiridarının qızı narkotikə qurşandığından sonra hər şeydən məhrum olduğunu dilə gətirib: 

“Toylarımı oxuyurdum və yaxşı pul qazanırdım. Gün ərzində olub ki, 3-4 dəfə məclislərə getmişəm. Fikirləşirdim ki, pul var və heç kimdən aslı deyiləm. Narkotik puluna “minnət” kimi bir şeydir. Pulunu verib “bariqadan” alıb, istifadə edirsən. Son vaxtlar o qədər meylimi narkotikə saldım ki, toylara getmədim. Passivləşdim... Bir il demək olar ki, özümə qapandım. Evdən çölə çıxmaq istəmirdim. Getdiyim yer bir tək market idi. O da müəyyən ərzaqları almaq üçün gedirdim. Bilə-bilə narkotikdən istifadə edirdim. Düşünürdüm ki, bu gün də qəbul edim sabah etmərəm, müalicə alaram. Amma heç cür mümkün olmadı”. 

Reyhan narkotikin qurbanı olduğunu bu sözlərlə ifadə edib: 

“16 yaşımda içkiyə başladım. Sonra başladım iynəyə, daha sonra isə dərmanlar ardım və sairə... Gör vəziyyət necə idi ki, qadınlıqla bağlı problemim oldu. Həkim mənə bununla bağlı ev şəraitində müalicə yazdı. O halımda da gözləmişəm ki, sistem tez bitsin, durub yenidən narkotik istifadə edim. Özümü heç cür dayandıra bilməmişəm. Narkotik asıllılığım başlayan kimi toylarım da dayandı, gəlir də...”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin