“Bu gün 20 yaşında adını jurnalist qoyan bir şəxs Sədərəkdən 15 manata mikrofon alıb, veriliş çəkir, məni müzakirə edir. Sənin heç yaşın imkan vermir məni müzakirə etməyə. Gərək belə danışım? İnsan sadədirsə, gərək başına çıxasınız?”.
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Söz xiridarı bildirib ki, meyxana aləmində özbaşnalıq hökm sürür:
“Saçım ağappaqdır. Amma mən yaşlı deyiləm. 38 yaşım var. Saçım bu xalqın içində ağarıb. Evdə anam məni görüb deyir ki, “Mən bilmirəm sən harada qocaldın”. Meyxana aləmində özbaşnalığın səbəbi meyxanaçılar arasında zəyifliyin olmasıdır. Bu gün bir sıra meyxanaçılar yanımda olsaydılar, heç kim üstümə “ayaq” ala bilməzdi. Bu gün bir mismara hamı çəkic vursa “güc birlikdədir”.
Hər bir meyxanaçı öz komandasını yaradıb və meyxananı özünəməxsus şəkildə təbliğ edir. Bu gün meyxanadan heç bilirsiniz nə qədər pul qazanan insan var. Onların heç meyxanaya adiyyatı belə yoxdur. Onların efirlərə gəlib çıxmağına “kino” qədər zaman var. Mən Ağamirzəni, Vüqar Əbdülovu necə qınayım? Onlar meyxanaya öz möhürlərini vurublar. Üç əsəri qızıl fonddadır. Namiq Qaraçuxurlunu necə qınayım? O, yetəri qədər bu sənət üçün əziyyət çəkib. Mən yalnız meyxanaya ayaq açan cavan nəslin nümayyəndələrini qınayıram”.
Rəşad Əliyev, Bizim.Media