“İki gün əvvəl baş verən 5 ballıq zəlzələdən insanlar təşvişə düşdü” – İsa Həbibəyli 

Hazırda oxunan: “İki gün əvvəl baş verən 5 ballıq zəlzələdən insanlar təşvişə düşdü” – İsa Həbibəyli 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanın müxtəlif ərazilərində meydana gələn 5 ballıq zəlzələ ilə bağlı mühüm açıqlamalar edib. Həbibbəyli, Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri mövzusunda keçirilən beynəlxalq konfransta bu barədə danışıb.
191781

“İki gün bundan əvvəl Azərbaycanın müxtəlif ərazilərində 5 ballıq zəlzələ baş verdi və buna görə insanlar çox təşvişə düşdü”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Qafqazda Seysmik Təhlükə Yenilikləri və Müasir Mühəndislik Təcrübələrinin nəticələri” mövzusunda keçirilən beynəlxalq  konfransda deyib.

“Lakin Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin verdiyi informasiyalarla ajiotaj aradan qaldırıldı. Hesab edirəm ki, bu gün keçirilən konfrans Azərbaycanda seysmologiya elminə öz töhfələrini verəcək” - deyə, o bildirib. 

Nuranə Daxilqızı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin