ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb - Blinken

Hazırda oxunan: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb - Blinken

191725

“Amerika Birləşmiş Ştatlar hələ də İsrailə dəqiq idarə olunan silahların təhvil verilməsini dayandırmayıb, lakin bu imkanı araşdırır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS televiziyasına müsahibəsində deyib.

Blinken vurğulayıb ki, ABŞ İsraildən Rəfahın mülki əhalisinin təhlükəsizliyini təmin etmək planını, eləcə də Qəzza zolağında münaqişə bitdikdən sonra Tel-Əvivin gələcək planının təhvil verməsini gözləyir. Onun sözlərinə görə, ABŞ-a hələlik heç bir planı təqdim dilməyib:
“Biz açıq şəkildə bildirdik ki, İsrail Qəzza zolağının cənubundakı Rəfahda hərbi əməliyyata başlasa, biz müəyyən sistemləri tədarük etməyəcəyik. Ancaq hazırda gecikdirdiyimiz yeganə şey yüksək dəqiqliyə malik olan bombalardır. Çünki biz İsraillə məsləhətləşmələri davam etdiririk. Belə ki, bu silahların sıx məskunlaşan ərazilərdə, o cümlədən Rəfahda istifadə oluna biləcəyi təsirləri nəzərə alırıq”.

Eyni zamanda, Blinken İsrailin Rəfahda əməliyyat keçirsə belə, radikal Fələstinin HƏMAS hərəkatından gələn təhlükəni tamamilə zərərsizləşdirə biləcəyinə şübhə edib.

“Böyük mülki itkilərlə nəticələnəcək Rəfəh əməliyyatı “HƏMAS”ın məhvinə zəmanət vermir. Eyni zamanda, İsrail qoşunlarının Qəzzadan çıxarılması, çox güman ki, “HƏMAS” tərəfindən yenidən doldurulacaq bir boşluq yaradacaq. Biz uzun həftələrdir ki, Qəzza zolağının təhlükəsizliyi, idarə olunması və yenidən qurulması üçün plan hazırlamaq üzərində işləyirik. Amma biz İsraildən eyni şeyi görmürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin