Xəbər verdiyimiz kimi, ötən gecə İsveçin Malmö şəhərində sayca 68-ci "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycandan olan səsverməni “Avroviziya 2009” təmsilçimiz Aysel Adıgözəlzadə (Teymurzadə) təqdim edib.
Azərbaycan ən yüksək 12 xalını İsveçrəyə verib.
Digər xalları isə belə bölünüb:
10 xal - İrlandiya, 8 xal - Lüksemburq, 7 xal - Gürcüstan, 6 xal - İtaliya, 5 xal - İsveç, 4 xal - Xorvatiya, 3 xal - Sloveniya, 2 xal - Kipr, 1 xal - Ukrayna.
Xatırladaq ki, builki yarışmanın qalibi İsveçrəli Nemo olub. O “The Code” mahnısı ilə 591 xalla birincilik əldə edib. Nemo münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil etəsələr də, lakin onlar finala vəsiqə qazana bilməyiblər.
Rəşad Əliyev, Bizim.Media