Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır - FOTO

Hazırda oxunan: Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır - FOTO

Muxtar Babayev, Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır. Mayın 11-də Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev İslamabadda Parlament Xidmətləri (PIPS) İnstitutunda keçirilən tədbirdə “COP29 üçün iqlim konsensusu; Bakıya yol” adlı məruzə ilə çıxış edib.
191623

Mayın 11-də Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev İslamabadda Parlament Xidmətləri (PIPS) İnstitutunda keçirilən tədbirdə “COP29 üçün iqlim konsensusu; Bakıya yol” adlı məruzə ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir diqqəti dünyanın qarşılaşdığı iqlim dəyişikliyi mövzusuna çəkərək Bakıda keçiriləcək COP29 barədə danışıb.

O bildirib ki, COP29 komandası ümumi razılığa gəlmək üçün bütün tərəfdaşları noyabr ayında bir araya toplayacaq. Dünyada bir çox ölkənin iqlim dəyişikliyinin fəsadlarına qarşı həssas olduğunu söyləyən nazir vurğulayıb ki, Azərbaycan bu mötəbər tədbirdən ən yaxşı nəticələri əldə edəcəyinə ümid edir:

“Biz İslamabadda cəmiyyət nümayəndələri ilə görüşdük. COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir fikrin, təşəbbüsün üzərində düşünmək çox önəmlidir”.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə Koordinatoru Romina Xurşid Alam və Dayanıqlı İnkişaf Siyasəti İnstitutunun (SDPİ) icraçı direktoru Abid Qaiyum Suleri çıxış edib.

Bundan əlavə, tədbirdə iqlim mütəxəssisləri, elm adamları, diplomatlar və digər şəxslər iştirak ediblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin