Romada keçirilən “Masters” turnirinin ikinci raundunda, Cokoviç – Mute görüşündə maraqlı hadisələr baş verib.
Bizim.Media xəbər verir ki, əvvəlcə, oyunun ikinci setinin birinci geymi zamanı Korenten Mutenin telefonundakı zəngli saat çalıb.
Fransız tennisçi qaçaraq telefonu götürüb zarafatca qulağına qoyub. Bu da tamaşaçılarda və Novak Cokoviçdə təbəssüm yaradıb. Serbiyalı tennisçinin də başına gülünc hadisə gəlib.
Ondan avtoqraf almağa çalışan tamaşaçının əyilərkən çantasından düşən qab Novakın başına dəyib.
Nəticədə dünya reytinqinin liderinə həkimlər baxmalı olublar. Xoşbəxtlikdən hadisə zamanı ciddi bir şey baş verməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:06 / 11.05.2024
Cokoviç avtoqraf verərkən zədə aldı
Hazırda oxunan: Cokoviç avtoqraf verərkən zədə aldı
Hazırda oxunan: Cokoviç avtoqraf verərkən zədə aldı
191610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.