Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə ilk köç karvanı yola salınıb.
Bizim.Media xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 9-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
İlk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb.
Bizim.Media