Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Hazırda oxunan: Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

191479

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, cari il mayın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3329 ədəd olub.

Yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 122,4 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 79,5 milyon manat və ya 2,9 dəfə çoxdur.
İndiyədək Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,3 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Cari ilin 4 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,8 dəfə artaraq 439,7 min manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin