İlk dəfə Bakı-Şamaxı YOLUNDA – Yeni radarlar daha hansı ərazilərdə QURAŞDIRILACAQ?

Hazırda oxunan: İlk dəfə Bakı-Şamaxı YOLUNDA – Yeni radarlar daha hansı ərazilərdə QURAŞDIRILACAQ?

Yeni radar sistemi Bakı-Şamaxı yolunda quraşdırılır və başqa ərazilərdə işləyəcək. Yol Polisi rəsmisi məlumat vərən elektron lövhələrin sürücüləri sürət həddinə əməl etməyə çağıracağını deyib.

191436

Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində yeni radarr sistemi quraşdırılıb. Belə ki, yeni radar sistemi, digər adıyla elektron tablo, artıq sürət həddini göstərmiş olacaq.

Bəs yeni radar sisteminin adi radarlardan üstünlükləri nələrdir və başqa hansı ərazilərdə quraşdırılması düşünülür?

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, yeni radar sisteminin başqa hansı ərazilərdə yerləşdirrilməsi ilə bağlı məlumat yoxdur:

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən yolda müəyyən edilmiş sürət həddinin aşılması ilə inzibati xətaların daha çox qeydə alındığı ərazilərdə məlumatverici elektron lövhələrin quraşdırılmasına başlanılıb. Elektron lövhədə sürət həddini aşan avtomobillərin sürət həddi və nömrə-nişan əks olunmaqla, sürücü tərəfindən görünməsi təmin ediləcək. Elektron tabloların quraşdırılmasında əsas məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və intizama dəvət edilməsidir”, - deyə DYP rəsmisi əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin