Bir neçə gündür ki, Nərimanov rayonu ərazisində yerrləşən Keşlə bazarının söküləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumata görə, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır. Xəbərdən tədirgin olan bazar satıcıları sonrakı talelərinin necə olacağından narahatdırlar.
Maraqlıdır, aidiyyəti qurum Keşlə bazarının söküləcəyini qərarlaşdırarsa, bazar hara köçürüləcək?
Nərimanov Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələyə Azərbaycan Avtomobil Yollarrı Dövlət Agentliyi (AAYDA) cavabdehdir.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə hazırda həmin ərazidə hesablama-ölçmə, qiymətləndirmə işlərinin aparıldığını bildirib:
“Qiymətləndirmənin yekunundan sonra daha dəqiq demək olacaq ki, bazar söküləcək, yoxsa qalacaq. Çünki orada yaşayış və qeyri-yaşayış sahələrri var. Qiymətləndirrmə yekunlaşdıqdan sonra, bazarın sökülməsi planlaşdırılsa belə, hara köçürüləcəyi ilə bağlı məlumat yoxdur”.
Qurum rəsmisi bazarın köçürülməsi prosesinin AAYDA tərəfindən həyata keçirilməyəcəyini də vurğulayıb:
“Orada köçürülmədən yox, sökülmədən söhbət gedir. Yəni qiymətləndirmə yekununa uyğun olaraq, bazarın layihəyə düşən hissəsinin sökülüb-sökülməyəcəyini daha dəqiq demiş olacağıq. Qiymətləndirmənin nə vaxt bitəcəyi isə bəlli deyil”.
Nuranə Daxilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:50 / 10.05.2024
Keşlə bazarı hara KÖÇÜRÜLƏCƏK? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Keşlə bazarı hara KÖÇÜRÜLƏCƏK? – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Keşlə bazarı hara KÖÇÜRÜLƏCƏK? – Rəsmi AÇIQLAMA
191424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.