Cavad Zərifin səs yazısı yayıldı – Qasım Süleymani haqqında ŞOK ifadələr  

Hazırda oxunan: Cavad Zərifin səs yazısı yayıldı – Qasım Süleymani haqqında ŞOK ifadələr  

19142

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb.

Bizim.Media xəbər verir ki, səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb.

Belə ki, Zərif Süleymanini Rusiya ilə əməkdaşlığa gedərək, İranın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsini sürətləndirməkdə və bununla nüvə razılaşmasını pozmağa çalışmaqda ittiham edib:

“Süleymani az qala hər müzakirədə kompromisə getməyimi istəyirdi. Az qala hərbi meydanının uğuru üçün bazarlıq edirdim”.

Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib.

O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib. O, məhz buna görə Süleymaninin 2015-ci ildə Rusiyaya İranın nailiyyətlərini məhv etmək üçün getdiyini qeyd edib.

Bununla bərabər, Zərif səs yazısında Süleymanini həm də tərifləyib. O, ABŞ-ın Süleymanini öldürməklə İrana ciddi zərbə vurduğunu bildirib. XİN rəhbəri Süleymaninin öldürülməsinin bir neçə şəhərin dağıdılmasından daha çox ziyan verdiyini söyləyib.

Zərifin səs yazısında Ukrayna təyyarəsinin vurulması məsələsi də yer alıb. Belə ki, Zərif SEPAH-ın təyyarəni vurduğunu dərhal bildiyini, amma hökumətin bunu 3 gün sonra etiraf etdiyini deyib.

XİN rəhbəri təyyarənin vurulmasından sonra iki ali rütbəli generalın Təhlükəsizlik Şurasının iclasında olduğunu, komandirlərin ondan tvit yazmağı və təyyarəyə hücumun həqiqət olmadığını qeyd etməyi tələb etdiklərini bildirib:

“Allah şahidim olsun ki, onlar mənə Allahı inkar edirəmmiş kimi reaksiya verdilər”.

Zərifin bütün bu ifadələri İranın eks-prezidenti Məhəmməd Xatəminin yaxın adamı sayılan iranlı iqtisadçı Səid Leylaza müsahibə zamanı dediyi bəlli olub. Müsahibə 2020-ci ilin martında götürülüb.

“Nyu York Tayms” müsahibənin İran administrasiyasının fəaliyyətinin sənədləşdirilməsi üçün götürüldüyünü və layihənin bir hissəsi olduğunu, eləcə də onun mediada yayımlanmaq üçün nəzərdə tutulmadığını yazıb. Bununla belə səs yazısı sonra Londonda rejim əleyhdarı sayılan “İran İnternəşnl” televiziyasının əlinə keçib.

Ardınca televiziyanın jurnalistləri bunu “Nyu York Tayms” qəzeti ilə paylaşıblar.

İran Xarici İşlər Nazirliyi isə Zəriflə Leylazın danışıq faktını təsdiq edib. Bununla belə İran XİN-in nümayəndəsi Səid Xətibzadə səs yazısında faktların təhrif edildiyini və Zərifin Süleymaniyə böyük ehtiram duyduğunu vurğulayıb. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin