Bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? – MARAQLI SƏBƏB

Hazırda oxunan: Bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? – MARAQLI SƏBƏB

191418

Son zamanlar qızlar arasında yaşlı kişilərlə evlilik məsələsi xeyli aktuallaşıb.  Ən pisi də odur ki, həmyaşıdları ilə ailə qurmağa qızlar pis paxır. Məsələn, müğənni Türkan Vəlizadə qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib ki, 34 yaşı var:

“Misal üçün özümdən 1-2 yaş böyük kişi ilə ailə qurmaq istəmərəm. Mən 45-50 yaşlarında olan kişiyə ərə getmək istəyərəm”. 

Özündən yaşca böyük kişi ilə ailə qurmaq istədiyini söylərən sənətçi bunun səbəblərini bu fikirləri ilə ifadə edib: 

“45-50 yaş kateqoriyasında olan kişilər dünyagörmüş, ailəcanlı olurlar. Ailə qurmaq üçün kişinin daha yaşlı olmasının tərəfdarıyam. Bir sözlə mən məndən yaşca kiçik və həmyaşıdımla oğlanla evlənmərəm. Ailə quranda onu idarə etmək lazımdır. Bunun üçün isə yaş və təcrübə çox önəmlidir. Burada maddiyyat və mənəvi zənginlikdə önəmlidir”. 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən psixoloq Gülnar Orucova deyib ki, qızların, qadınların yaşlı kişilərlə evlənməyə maraq göstərməsinin bir sıra səbəbləri var:

“Bunlardan biri odur ki, hər birimiz uşaqlara tərbiyə verərkən bir qayda olaraq nümunə kimi yaşlı insanları göstəririk. Son nəticədə isə uşaqlarımızın yaşlı insan seçiminə etiraz edirik. Amma unuduruq ki, bu qərarın verilməsinin səbəbkarı özümüzük. 

Başqa bir səbəbsə bəzi qız uşaqlarının ata sevgisini lazımınca görməməsidir. Uşaqkən ata sevgisi görməyən qızlar böyüyəndə daha yaşlı kişilərə meyl edir. Ona tərəf müqabili kimi yox, bir böyük, arxa kimi baxır. Düşünür ki, onu həyatdakı bir çox çətinliklərdən yaşlı və təcrübəli kişi xilas edə bilər”.

Gülnar Orucova onu da əlavə edib ki, bu məsələdə başqa və ən əsas səbəbsə “məntiqi evlilik”dir:

“Məntiqi evlilik hər zaman olub. Bir zamanlar qızlar ailə quranda daha çox ciddi, işgüzar də özünə hörmət edən kişilərə üstünlük verirdi. Bu səbəb görə də əvvəlki evliliklər daha uzun ömürlü olurdu. Amma bu gün “məntiqi evliliyin” mahiyyəti dəyişib. 

İndiki qızlar daha çox maddiyyata üstünlük verir. Çoxlarında belə bir əminlik var ki, pulun varsa, hər şeyə sahibsən. Amma belələri unudur ki, pul çox şeyi olsa da, hər şey deyil. Ona görə də sevgi, etibar yox, maddiyyat üzərində qurulan ailə heç zaman uzun ömürlü ola bilməz. Təsadüfi deyil ki, boşanmaların sayı günbəgün artıq.

Yaxşı olar ki, xanımlar heç kimə yox, özlərinə arxalansınlar. Özləri ayaqda durmağı bacarsınlar. Bu zamansa qazanılan pul da, ailə də daimi və davamlı olur. Çox təəssü ki, pula görə ərə gedən qızlar qısa zaman kəsiyində yanıldıqlarını görürlər və boşanırlar. Belə vəziyyətdə isə onlar öz günahlarını sığortalamaq üçün qarşı tərəfi təcrübəsiz və ailənin nə olduğunu alnlamamaqda ittiham edirlər. 
Ən əsası da özlərinə haqq qazandırmaq üçün deyirlər ki, daha yaşlı kişi ilə ailə qurmaq yaxşıdır. Amma bir məsələ var ki, yaş fərqi zamanla öz fəsadını göstərir. Məsələn 40-45 yaşlı kişi 60-65 yaşında daha əvvəlki kimi maddi, mənəvi və fiziki cəhətdən güclü olmur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin