İnternet televiziya kanallarının birində Laçın rayon sakini Yusif İsmayılovun polis əməkdaşları tərəfindən Xocalı rayon ərazisinə girişinin məhdudlaşdırılması ilə bağlı iddiaları yayılıb.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, Y.İsmayılovun oğlu Rəhim İsmayılovun işğaldan azad olunan əraziyə daxil olmasının məhdudlaşdırılması onun qanunsuz hərəkətləri ilə bağlıdır:
“İnşaat şirkətlərindən birində sürücü işləyən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi cari ilin fevralın 12-də Əsgəran qəsəbəsində yoxlanılarkən avtomobildə oğurlanan bir sıra ehtiyat hissələri və maqnitafon aşkarlanıb. Həmin əşyalar ondan götürülərək aidiyyəti üzrə təhvil verilib. Törətdiyi əmələ görə sürücü R.İsmayılov və idarə etdiyi nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmaqla, onun işğaldan azad edilmiş ərazilərə giriş-çıxışı ləğv edilib və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, Y.İsmayılovun iddiaları əsassızdır, həqiqəti əks etdirmir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 10.05.2024
DİN-dən Xocalıya buraxılmayan sürücünün iddialarına CAVAB
Hazırda oxunan: DİN-dən Xocalıya buraxılmayan sürücünün iddialarına CAVAB
Hazırda oxunan: DİN-dən Xocalıya buraxılmayan sürücünün iddialarına CAVAB
191363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.