Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ

Hazırda oxunan: Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ

191282

Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili “xarici agentlər haqqında” qanunun qəbul edilməsinə görə istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat özünün “Facebook” səhifəsində məlumat verib. 

O qeyd edib ki, Gürcüstan hökumətində Rusiyaya dəstək verəcək bir nəfər də tanımır. Diplomat hesab edir ki, “xarici agentlər” haqqında qanunun qəbulu “müəyyən məqsədə çatmaq üçün bir növ taktika” ola bilər. 

Eyni zamanda, səfir  artıq ölkənin indiki siyasətində öz rolunu görmədiyini bəyan edib:

“Mən 30 il Gürcüstan diplomatiyasında xidmət etmişəm, 10 il Avropaya inteqrasiyadan dərs demişəm. Mən də tələbələri inandırıram və əmin edirəm ki, biz Avropa mədəniyyəti və gələcəyi ölkəsiyik. Avropa bizim yerimizdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin