Ayılar balı niyə sevir? – VİDEO 

Hazırda oxunan: Ayılar balı niyə sevir? – VİDEO 

191250

Şahbuz rayonunun Kolanı kənd sakini Rəşid Səfərli gözünü açandan həyət-bacalarında arı yeşikləri görməyindən, arı ailələri saxlamaqlarından söz açıb. 

34 ildir ata-babasından miras qalan arıçılıqla məşğul olduğunu söyləyən müsahibimiz arıların qənimi olan ayıların bal sevgisindən danışıb. Bildirib ki, ayıların bədəni bala çox ehtiyac duyur, vəhşi heyvanlar bədənin tələb etdiyi proteini bal yeməklə aradan qaldırırlar. Bu, onların qış azuqəsi sayılır və ayı bal yeməsə, qışdan ya çox çətinliklə çıxır, ya da qışdan heç çıxmır. 

Rəşid Səfərli deyir ki, ayılar öz bal ehtiyaclarını arı yeşiklərini dağıdıb balını yeməklə aradan qaldırırlar. Onun sözlərinə görə, ayının arı yeşiklərini dağıtmasının özü şahidi olub:

"Ayı bizim 7, başqa bir nəfərin 14 arı yeşiyini çayın yanına aparmışdı. Arı yeşiyi suya salaraq arıları öldürür və balını yeyirdi. Ya da yeşiyi yerə sürtüb arıları məhv edib balını yeyirdi. Amma insanın özünə toxunmur, ona xəsarət yetirməsən, sakitcə çıxıb gedir. Hətta insanı pusmağı da var. Adam gedən kimi arı yeşiklərinə yaxınlaşmağı sevir".

Şahbuzlu arıçı ayı ilə bağlı məzəli bir əhvalatı da danışıb. 

Onun sözlərinə görə, ayı bir dəfə o qədər bal yemişdi ki, elə oradaca huşunu itirib qalmışdı. Sonra camaat gəlib üstünə su töküb ayını özünə gətirmişdi və heyvan özünə gəlib qaçıb meşəyə getmişdi.

Arı yeşiklərini Batabat dağlarının ətəyində və bəzən isə həyətində saxlayan arıçı Rəşidin ayı ilə bağlı sərgüzəştlərindən belə başa düşdük ki, insan oğlu bəzən təbiətin vəhşi ayısını da zəhmətlə yetişdirdiyi arıları hesabına yaşadırmış...

 


Aytəkin Alxaslı, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin