Qeyri-sabit hava şimal-qərb bölgəsində məhsuldarlığa necə TƏSİR EDİB?

Hazırda oxunan: Qeyri-sabit hava şimal-qərb bölgəsində məhsuldarlığa necə TƏSİR EDİB?

191193

Aprel ayında əsl yaz havası yaşansa da, may ayının əvvəlində şimal-qərb bölgəsində temperatur xeyli aşağı enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu cür hava şəraiti bostan-tərəvəz məhsullarından tutmuş ta dənli bitkilərə kimi hamısına zərəri var. 

Bitkiçilik üzrə mütəxəssis Sahib İbrahimovun sözlərinə görə, aprel ayı boyunca dənli bitkilərin inkişafı üçün, tozlanmasına yetərincə şərait olsa da, may ayı gələndə bölgədə, əsasən də Böyük Qafqazın cənub yamacları boyunca uzanan Şəki-Zaqatala iqtisadi rayonlarında hava qeyri-sabit, yağmurlu, çiskin-dumanlı keçib. Bu isə kənd təsərrüfatı məhsulları üçün olduqca zərərlidir. 

Son bir həftədə havaların belə keçməsi ilk növbədə taxılın dən tutma prosesinə mənfi təsir göstərə bilər. Digər tərəfdən yağışların davamlı yağması bostan-tərəvəz məhsullarının da yetişməsinə öz təsirini göstərir. Belə ki, artıq bazarlarda da son iki gündə tərəvəzlərin, pomidor və xiyarın qiymətində artım müşahidə edilir. 

Havanın temperaturuna gəlincə, hidrometeroloqlar qarşıdakı günlərdə də yağışların davam edəcəyini, havanın temperaturunun aşağı enəcəyini bildirir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin