““Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT-nın “Asiya və Sakin Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77- ci sessiyasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident BMT konfransında çıxış etdi
Dövlət başçısının sözlərinə görə, Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir.
“Bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurası Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş, ölkələrin vaksinlərə bərabər çıxışı ilə bağlı qətnaməni yekdilliklə qəbul etmişdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”,- deyə İlham Əliyev vurğulayıb.
Bizim.Media