Birinci Qarabağ müharibəsində itkin düşən və 2024-cü ildə şəxsiyyətləri müəyyən olunmuş 73 şəhidimizdən biri Lerikdən, 2-si Lənkərandandır.
Bizim.Media xəbər verir ki, Lerikdən olan şəhid Cəfərov Müşviq İlyas oğlunun nəşi də bu gün doğulduğu Monidgah kəndinə gətiriləcək. O, da Fizuli istiqamətində itkin düşmüşdü. Hər 3 şəhidimizin dəfninə hazırlıqlar tamamlanıb.
Lənkəranın Şağlaser kəndindən olan şəhid İbad Musarza oğlu Musayev və həmin rayonun Kərgəlan kəndindən olan Habil Oruc oğlu İsmayılovun nəşi Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” məzarlığında aşkarlanıb.
Habil İsmayılov 26 may 1974-cü ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 1994-cü ildə Xocavənd rayonunun Şişqaya yüksəkliyi istiqamətində itkin düşüb. İbad Musayev 8 mart 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub, 26 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.
Habil İsmayılovla vida mərasimindən fotonu təqdim edirik:
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu