UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, yeganə qarşılaşmada Fransa PSJ-si doğma meydanda Almaniya təmsilçisi "Borrusiya Dortmund"la üz-üzə gəlib.
İlk görüşdə olduğu kimi, bu matçda da dortmundlular 1:0 hesabı ilə qalib gəliblər.
Yeganə qolu 50-ci dəqiqədə Mats Hummels vurub.
Bununla da Almaniya nəhəngi adını finala yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı bu gün İspaniyada "Real Madrid" və Almaniyanın "Bavariya" komandaları arasında baş tutacaq.
Bizim.Media