Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər" - VİDEO

Hazırda oxunan: Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər" - VİDEO

190925

Britaniya silahları ilə Kiyev Rusiya ərazisinə zərbələr endirsə, Moskva Britaniyanın Ukraynadakı və onun hüdudlarından kənardakı  obyektlərinə zərbələr endirmək hüququna malikdir. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

O, Britaniyanın xarici işlər naziri David Kameronun "Ukraynanın  Britaniya silahlarından Rusiya ərazisinə zərbələr endirməsi qanunidir" sözlərini “tamamilə ağılsızlıq” adlandırıb. 
"Bu bəyanat nəinki qeyri-qanuni, həm də məntiqsizdir, çünki Britaniyanın özü bir müddət əvvəl sözün tam əksini bəyan edib", - Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi davam edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin