Bayden “gözdən pərdə asır”, yoxsa Ukraynadan əlini üzüb?

Hazırda oxunan: Bayden “gözdən pərdə asır”, yoxsa Ukraynadan əlini üzüb?

190924

“Amerika Birləşmiş Ştatları Ukraynanın münaqişədə məğlub olmasına imkan verə bilməz. Ona görə də Vaşinqtonun Kiyevə dəstək məqsədilə qoşun göndərərək baş verənlərə birbaşa müdaxiləsi mümkündür”.

Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokrat azlığın lideri Hakim Cefris deyib. ABŞ Prezidenti isə qüvvələrinin Ukraynaya göndərilməyəcəyini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Medvedev Vaşinqton, London və Parisi HƏDƏLƏDİ: “Zərbə endiriləcək” 


Maraqlıdır, Bayden “gözdən pərdə asır”, yoxsa Ukraynadan əlini üzüb?

Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, bu məsələ ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır:

“Bu gün Ukraynaya müdaxilə ediləcəyi ilə bağlı dövlət başçısı səviyyəsində bir bəyanat Amerika ictimaiyyətində doğru qəbul olunmaya bilər. Bu addımın ABŞ-ın siyasi güc mərkəzində Baydenin əleyhinə işləməsi ehtimalı var. 

ABŞ hər zaman proseslərə birbaşa müdaxilə və qlobal güclərlə qarşı-qarşıya gəlməmək siyasətinə üstünlük verir. İstər ABŞ, istərsə də ABŞ-ın “ipini çəkdiyi” NATO Rusiya ilə birbaşa konfliktə girmək istəyində deyil. Bunu dolayısı ilə etmək niyyətindədirlər. Rusiyanı tamamilə zəiflədib qlobal güc olmaq iddiasından uzaqlaşdırmaq istəyirlər. 
Dövlət başçısının açıqlamaları xüsusi önəm kəsb edir. Ona görə bu cür ehtiyatlı açıqlamalar verilir. Ancaq Ukraynada alınan məğlubiyyət ABŞ-ın məğlubiyyətinə ekvivalentdir. Bu, birqütblü dünya layihəsinin və ABŞ-ın hegemon olmaq iddiasının üzərindən xətt çəkmək deməkdir. Baydenin ehtiyatlı açıqlamasını yeganə həqiqət kimi qəbul etmək doğru deyil”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin