Gürcüstan qurban rolunda – Qərb qonşu ölkəni necə xaosa sürükləyir?

Hazırda oxunan: Gürcüstan qurban rolunda – Qərb qonşu ölkəni necə xaosa sürükləyir?

190891

Qərbin maskası yavaş-yavaş düşür. Artıq çoxları Qərbə əvvəlki kimi inanmır. Bəziləri isə hətta münasibətlərdə məsafə saxlayır.

Bununla belə ABŞ və Avropa İttifaqı məkrli oyunlarından əl çəkmir. Müxtəlif bəhanələrlə digər ölkələrdə yenə də münaqişələr, qarşıdurmalar yaradılır. Adətən onların əsas bəhanəsi demokratiya olur.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ


Qərbin demokratiya anlayışı

Demokratiyanın dünyada bir izahı var. Amma Qərbin demokratiya anlayışı tam fərqlidir. Məsələn, ABŞ tərəfindən idarə olunan ölkələrə Qərb demokratik, təsir imkanları olmayan ölkələri isə antidemokratik dövlət kimi xarakterizə edir. Guya ki, demokratiyanın qəlibi ABŞ-ın əlindədir və demokratik ölkə olmaq üçün ancaq bu qəlibdə “bişməlisən”.

Məsələn, dünənə qədər Qərb Gürcüstanı demokrtaik inkişaf yolunda olan ölkə kimi xarakterizə edirdi. Amma son 1 ayda Gürcüstan Qərbin qara siyahısına düşüb. Daha doğrusu, Gürcüstan dönüb olub antidemokratik ölkə. 

Səbəbsə çox sadədir. Gürcüstan höküməti ölkəsində xarici agentura şəbəkəsini zəiflətmək üçün yeni qanun hazırlayır.

Bu da Qərbin xoşuna gəlmir. Hətta Qərb bunu Rusiyanın sifarişi kimi təqdim edir. 

Amma məsələyə az-çox bələd olan hər kəs bilir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstanın milli təhlükəsizliyinə hesablanmış bir qanun layihəsidir. Amma Qərb bu qanun layihəsini demokratiyanın və insan haqlarının pozulması kimi təqdim edir və bunu deməklə kifayətlənmir. Hətta bu qanun layihəsinə görə Vaşinqton Gürcüstana maliyyə yardımı göstərməkdən belə imtina edir. Üstəlik, ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan Gürcüstan hökümətinin qərarından narahatlığını və narazılığını dilə gətirir. 

Gürcüstan ABŞ-dan icazə almalıdır?

Qəribə məntiqdir. Belə çıxır ki, Gürcüstan hansısa qanunu qəbul edəndə ilk növbədə ABŞ-dan “ok” almalıdır. Bəs, onda demokratiya, dövlətlərin suveren hüquqları harada qaldı?!

ABŞ-ın Gürcüstana təzyiqləri əslində yeni məsələ deyil. Vaşinqton zaman-zaman bu və digər məsələlərlə bağlı müxtəlif ölkələrə anoloji basqılar edib. Bu basqı bir çox hallarda diqtəyə qədər gedib. Nəticədə həmin ölkələr çox ağır, çıxılmaz vəziyyətə düşüblər.

ABŞ-ın demokratiya və insan haqlarının qorunması adı ilə Liviyanı, İraqı, Suriyanı və Əfqanıstanı nə günə qoyduğunu hər kəs bilir. Sonuncu layihə isə Ukraynadır. Qərbin dəstəyi ilə Petro Paraşenko Ukrayna rəhbərliyinə gətirildi. Ona verilən ilk tapşırıqsa Rusiya ilə əlaqələri kəsmək, lazım gəlsə bu ölkəylə müharibəyə başlamaq idi. Qərbin sözünə inanan Paraşenko Rusiyaya müharibə elan elədi. 

Nəticədə, Poroşenkonun hakimiyyətə gəldiyi 2014-cü ildə Kırım, Donetsk və Luqansk bölgələri Ukraynanın nəzarətindən çıxdı. Onun varisi Volodimir Zelenski isə bir qədər də qabağa gedib bəyan etdi ki, nəinki, işğal altında olan bölgələri azad edəcək, hətta Rusiyanın sonunu gətirəcək. Nəticə isə göz qabağındadır. 

Qərb Gürcüstanda az “at oynatmayıb”.

2004-cü ildə Qərb Mixael Saakaşvini hakimiyyətə gətirəndə də onun qarşısına Rusiyanın təsirlərini dəf etmək tapşırığı qoyulmuşdu. Amma ilk 4 ildə Saakaşvili Qərbin tapşırıqlarını icra edə bilmədi. Nəhayət, 2008-ci ildə Saakaşvali Rusiya ilə açıq müharibəyə başladı. 2 ay davam edən müharibənin nəticəsi isə Gürcüstan üçün çox ağır oldu. Həmin müharibə zamanı Cənubi Osetiya və Abxaziya itirildi. Saakaşvilinin sonrakı taleyi isə göz qabağındadır.

Qərb heç kimi sona qədər müdafiə etməyib.

İstər Poroşenkonun, istər Saakaşvilinin taleyi Qərbin öz “adamları”na münasibətinin bariz göstəricisidir. Hələ Gürcüstan və Ukrayna dövlətinin düşdüyü vəziyyəti demirik. Hazırda hər iki ölkənin 20 faiz ərazisi işğal altındadır. Bu gün Qərb Gürcüstana 20 faiz torpaqlarının işğaldan azad olması üçün kömək etmək əvəzinə ölkədə xaos yaratmaqda daha maraqlı və israrlıdır. 

Ermənistan Qərbin labirintindən çıxa bilmir

Artıq xeyli zamandır ki, Qərb Ermənistan üzərində də çirkin planlar qurur. Bu planlarda isə erməni xalqının rifah halı və xoş gələcəyi yer tutmayıb. ABŞ, Fransa  və digər Avropa ölkələrinin hədəfi Ermənistanı suriyalaşdırmaqdır. Məhz bunun hesabına Rusiyanı azacıq da olsa zəiflətmək istəyirlər. 

Amma bu qeyri-bərabər mübarizədə Ermənistan dövlətinin və erməni xalqının üzləşəcəyi faciələrsə Qərbi qətiyyən narahat etmir. Hətta Qərb Paşinyan iqtidarının umduğu 5-10 milyon dolları belə vermək istəmir. Brüsseldən Paşinyanın əli boş qayıtması bunun əyani sübutudur. Bu görüşdə Paşinyana açıq şəkildə bildirildi ki, “sən Rusiyanı ölkəndən qov, ondan sonra sənə istədiyin pulu verərik”.

Təsadüfi deyil ki, Brüssel görüşündən sonra Paşniyanın Qərblə təmasları minimuma enib. Sabahsa Paşinyan Moskvaya gedir. Çoxları Paşinyanın sabahkı səfərini “tövbə qapısına gediş” adlandırır.

Qərb heç bir ölkəyə qarşı səmimi deyil. 

Bunun təcrübəni Azərbaycan xalqı da yaşayıb. 25 il müddətində ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yox, dondurulmasına çalışdı. Bundan başqa Qərb hər zaman Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyib. 

2004-cü ildə Gürcüstanda başlanan rəngli inqilabı o zaman Qərb Azərbaycana yaymaq isədi. Müxtəlif fondların yuduğu çirkli pullar hesabına Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışıldı. Lakin ölkəmizdəki xalq-iqtidar birliyi Qərbin bədnam planlarını pozdu. 

Bir daha yada salaq. 

2010-cu ildən başlayaraq ABŞ və digər ölkələrin Azərbaycandakı şəbəkələrinin fəaliyyəti məhdudlaşdırıldı. Bundan qəzəblənən ABŞ öz agentura şəbəksini işə saldı. ABŞ-ın məlum NED təşkilatının Bakı ofisinin rəhbəri Aleks Qriqorevs kimi təxribatçılar cəmiyyəti, xüsusən də gəncləri dövlətə qarşı qaldırmağa cəhd etdi. Lakin sosial bazası olmayan “etirazçılar”ın və onların himayədarlarının niyyəti iflasa uğradı. 

Bundan sonra Azərbaycanda QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Məhz bundan sonra Azərbaycanda sabitlik əsaslı şəkildə təmin olundu. Bu sabitliksə sonda Azərbaycanın ərazi bütövlüyü  və suveren hüquqlarının bərpası ilə nəticələndi.

Bir zamanlar Azərbaycanda qəbul edilən qanuna bənzər layihə bu gün Gürcüstan parlamentinin müzakirəsinə çıxarılıb. Halbuki, bu və buna bənzər qanunlar ABŞ-da və Avropada çoxdan qəbul edilib. Bütün bunlara rəğmən Gürcüstanda belə bir qanunun qəbul edilməsini Qərb qətiyyətlə pisləyir. Hətta bu məqsədlə gürcü vətəndaşlarını itaətsizliyə dəvət edirlər.

Bu cəhdlər də təsadüfi deyil. 

Çünki Gürcüstanda Qərbdən qrant alan minlərlə QHT var. Bundan başqa qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sabitliyi pozmağa cəhd edən bəzi “təşkilat” və media qurumları da məhz Gürcüstandakı regional ofislərdən idarə olunur. Ona görə də ABŞ və bəzi Avropa dövlətləri Gürcüstanda dirəniş göstərirlər. Çünki yeni qanunun qəbulu Qərbin məlum institutlarının təkcə Gürcüstana yox, bütövlükdə Cənubi Qafqaza girişinə “stop” qoyacaq.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin